Sinergetika

Sinergetika (q.yun. συν- — uyğunluq bildirən sözönü və ἔργον — "fəaliyyət") — elmi tədqiqatların kəsişdiyi sahə. Özünütəşkil əsasında təbiətinətraf mühitin vəziyyətini öyrənir. Özünütəşkil, təbiətin strukturlarının meydana gəlməsi, dayanıqlığı və məhv olması prosesini öyrənir. Məlumdur ki, fizikanın termodinamika qanunları zamanla entropiya arasında funksional asılılıq işarəsi qoyaraq, fiziki sistemlərin istənilən təkamülünün son həddinin xaos olduğunu bəyan edir. Başqa sözlə, bu qanunlar istənilən növ enerjinin ən axırda istilik enerjisinə çevrildiyini, istilik enerjisininsə təbii halında özgə heç bir enerjiyə çevrilmədiyini iddia edir ki, bu enerjinin də molekullara Broun prinsipinin tələbləri üzrə xaotik trayektoriya verdiyi məlumdur. Buna əsasən, termodinamika interpretatorları fiziki dünyadakı enerji çevrilmələri zəncirində istiliyin ən axırıncı həlqə olduğunu və xaotikliyin də inkişafın ən son struktur forması olduğunu iddia edirlər. Hətta termodinamikanın meydana gəlməsindən sonra fizika və fəlsəfədə «istilik ölümü» adlanan bir termin də meydana çıxdı ki, bu da termodinamikanın prinsipləri üzrə bütün kainatın gec-tez xaotik molekullar selinə çevriləcəyi proqnozları ilə əlaqədar idi. «Enerjinin itməməsi» kimi fundamental fizika aksiomunun meydana gəlməsində «Termodinamika» qanunlarının əvəzolunmaz rolu olduğu fiziklərə yaxşı məlumdur. Lakin iyirminci əsrin ortalarından başlayaraq bu prinsiplərin universallığı şübhə altına alınmağa başlandı. Bir sıra filosoflar iddia etməyə başladılar ki, bu qanunların işlək diapazonu yalnız qeyri-üzvi dünya çərçivəsilə məhdudlaşır və üzvi dünya bu prinsiplərdən istisna təşkil edirlər. Özü də təkcə istisna təşkil etməklə kifayətlənməyib, hətta onun əksinə, fəaliyyət göstərirlər. Belə ki, sinergetikanın prinsiplərinə görə – fiziki dünyada entropiyanın artımı, onun bioloji və sosial sistemlərdə azalması ilə kompensasiya olunur. Yəni, biosferada təkamül vektorunun oriyentasiyası biosistemlərin daha optimal təşkilinə doğru yönəlib. Başqa sözlə, istənilən bio və sosial sistem öz entropiyasının azalmasına doğru təkamül edir. Biosistem yalnız o fəaliyyətdən daxili rifah hissi keçirir, hansı ki, onun hüceyrələrinin daha mütəşəkkil forma almasına imkan verir, yardım edir.[1].

Sinergetika ilk əvvəldən elmlər arası sahə kimi meydana gəlib.

  1. Данилов Ю. А., Кадомцев Б. Б. Что такое синергетика Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine?//Нелинейные волны. Самоорганизация — М., Наука, 1983.

Developed by StudentB